Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-23 11:16:39
Şagirdlər SAF - STEAM Azerbaijan Festivalında iştirak hüququ qazanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 13 komanda “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023”ün seçim turunda müxtəlif kateqoriyalar üzrə uğur qazanaraq final mərhələsində iştirak hüququ əldə edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

 

Festivalın final mərhələsinin dekabrın 4-8-də Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.