Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-23 17:08:34
Fransalı professorlar ADNSU tələbələrinə mühazirə oxuyublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransadan 8 nəfər dəvətli professor müxtəlif mövzularda tələbələr üçün seminarlar keçiriblər.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, seminarlarda Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi eksperti və Strasburq Universitetinin kompüter elmləri ixtisası üzrə professoru Pierre Collet tələbələrə “Süni intellektin gələcəyi” mövzusunda çıxış ediblər. UFAZ-ın Kimya mühəndisliyi magistratura proqramı üzrə koordinatoru və tədqiqat üzrə eksperti, professor Christophe Serra “Uğurlu doktorluq dissertasiyasını necə hazırlamaq olar”, Cecilia Zenni-Merk “Süni intellekt üzrə tədqiqat", İgor Peretta isə “Neyrokomputinqin əsasları: Süni neyron şəbəkələrinin tədqiqi” mövzularında mühazirə oxuyublar.

 

Eyni zamanda, digər mövzularda da tələbələrə ətraflı məlumat verilib, suallar cavablandırılıb.