Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 15:31:00
AMEA-nın əməkdaşı beynəlxalq konfransın proqram komitəsinin üzvü seçildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Şəbəkələr, kommunikasiyalar, naqilsiz və mobil hesablamalar” üzrə III beynəlxalq konfransın proqram komitəsinin üzvü seçilib.

AzEdu.az xəbər verir ki,  bu il noyabrın 24-25-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək konfransın əsas istiqamətlərinə kommunikasiya şəbəkələrinin arxitekturaları və dizayn, şəbəkə tətbiqləri, şəbəkə əməliyyatı və idarəetmə, şəbəkə təhlükəsizliyi və gizlilik, mobil Ad-hoc və sensor şəbəkələri, peyk kommunikasiyaları, naqilsiz multimedia sistemləri, kriptoqrafiya, təhlükəsizlik və mobil şəbəkələrin gizliliyi kimi mövzular daxildir.