Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 15:56:00
Tələbələrə sağlam qidalanma ilə bağlı maarifləndirici buklet paylanıldı

Azərbaycan Dillər Universitetinin (ADU) mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşkilatçılığı ilə “16 oktyabr -Ümumdünya Ərzaq Günüdür” mövzusunda marifləndirici tədbir keçirilib.

ADU-dan AzEdu.az-a bildiriblər ki, tədbir qida normaları, sağlam və rasional qidalanmanın vacib məqamları, eləcə də gündəlik istifadə edilən qidalarla bağlı tövsiyələri tələbələrin diqqətinə çatdırmaq məqsədilə keçirilib.

Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanova bu cür maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Kafedranın baş müəllimi Sədaqət Musayeva keyfiyyətli və rasional qidalanmanın insan sağlamlığı üçün əvəzedilməz olduğunu qeyd edib.

Sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tədbir iştirakçılarına qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, “16 oktyabr - Ümumdünya Ərzaq Günü, “Qida məhsulları alarkən nələrə diqqət etməli” mövzularında təqdimatlarla çıxış ediblər.

Tədbirdə “Qida zənciri” və “Mən qidayam” adlı videoçarxlar nümayiş olunub, tələbələrin sualları cavablandırılıb, sağlam qidalanma ilə bağlı maarifləndirici buklet paylanılıb.