
2023-12-01 16:01:19
LDU-da narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib
Lənkəran Dövlət Universitetinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə LDU-da narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, tədbiri LDU-nun prorektoru, prof. Kamran Kazımov açıb, narkomaniyanı əsrin ən böyük bəlası, sosial fəlakət adlandırıb, cəmiyyətə vurduğu ağır zərbələrdən söz açaraq ona qarşı kollektiv mübarizəni günün ən vacib məsələsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdürü Emin Quluyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məsul işçisi Vasif Quliyev tədbirdə çıxış edərək ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən, dövlətin bu istiqamətdə yürütdüyü siyasətdən, qəbul olunmuş dövlət proqramlarının icra vəziyyətindən, narkomaniyanın ağır fəsadlarından, bu ağır bəlaya qarşı aparılacaq profilaktik tədbirlərin vacibliyindən söz açıblar.
Tədbirdə NMDK-nın işçi qrupu tərəfindən “Narkotiklər haqqında həqiqəti bilin”adlı zəruri təbliğat materialları tələbələr arasında paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44