Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-04 10:25:48
AZMİU-nun tələbə yataqxanası bərpa olunur

Azərbycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) tələbə yataqxanası yenidən bərpa olunur.

 

AzEdu.az xəbər verir ki, bunu AZMİU-nun rektoru Gülçöhrə Məmmədova “F-Holding”in təşkilatçılığı ilə ispan memarlarının universitetə səfəri zamanı təşkil olunan tədbirdə məlumat verib.

 

O bildirib ki, Azərbaycan əraziləri işğal olunanda yurdlarından didərgin düşən vətəndaşlar universitetin yataqxanasında məskunlaşmışdılar: "Artıq torpaqlarımız işğaldan azad olunub. Vətəndaşlar doğma yurdlarına geri qayıdır. Tələbələr üçün universitetin yataqxanası yenidən bərpa olunur".

 

Rektor qeyd edib ki, 30 il müddətində dağıdılan şəhərlərimiz yenidən bərpa olunur: "Biz də çalışırıq ki, təhsilimizi yüksək səviyyədə quraraq məzunlarımızın memarlığın ən qabaqcıl təcrübəsinə uyğun şəkildə həmin ərazilərdə bərpa - quruculuq işlərində fəaliyyət göstərməsinə dəstək olaq".