Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-18 17:19:00
Lütfi Zadənin nəzəriyyəsi əsasında dünyanın ən zəngin fakültəsi yaradıldı – Fantastik büdcə, möcüzə gözləntiləri

Dünyanın bir nömrəli ali təhsil müəssisələrindən olan Massaçusetts Texnologiya Universitetində 1 milyard dollar yatırımla Süni intellekt fakültəsi yaradılacaq.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, fakültənin ən böyük maliyyəçisi 350 milyon dollarla amerikalı iş adamı Stefen Şvarsmandır. Buna görə də fakültəyə 14 milyard dollar sərvətə sahib Şvarsmanın adı veriləcək.

Universitetin rəsmi saytında yer alan xəbərə görə, yeni fakültədə süni intellekt və proqramlaşdırma üzrə araşdırmalar aparılacaq.

Fakültəyə 50 elmi işçi cəlb ediləcək. Beləliklə, universitetdə süni intellekt və proqramlaşdırma sahələri üzrə çalışan elm adamlarının sayı ikiqat artmış olacaq.

Rektor L.Rafael Reif universitetin saytına verdiyi açıqlamada yeni fakültənin süni intellekt istiqamətində bir nömrəli təhsil müəssisəsi olacağını bildirib.

Onun sözlərinə görə, yeni fakültə qlobal mərkəz kimi nəzərdə tutulub.

Üstəlik fakültə bu istiqamətlərdə bütün müasir texnologiyalarla təchiz olunduğuna görə, tələbələri əla fürsətlər gözləyir.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları