Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 11:41:00
Sabah dövlət qulluğu ilə bağlı sınaq imtahanı keçiriləcək 

Sabah DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün növbəti sınaq imtahanı keçiriləcək.

AzEdu.az-ın məlumatına görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə baş tutacaq.  İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat sabah saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

*Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.