Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 15:18:45
“ESN Azerbaijan” tərəfindən infosessiya təşkil olunub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin dəstəyi ilə tələbələr üçün “Erasmus Student Network (ESN) Azerbaijan” tərəfindən “Erasmus+” imkanları, xaricdə təhsil və könüllülük proqramları haqqında infosessiya təşkil olunub.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbirdə “ESN Azerbaijan”ın prezidenti Kübra Rəsul təşkilatın fəaliyyəti, “Erasmus+” imkanları, Avropa Həmrəylik Korpusu, xaricdə təhsil və təcrübə proqramları, eləcə də gələcək layihələr barədə məlumat veriblər.

 

Sonra “ESN Azerbaijan”ın üzvü, Avropa Həmrəylik Korpusu proqramının məzunu Xəyal Məhərrəmli, “Erasmus+” proqramının məzunu Lalə Səlimli və “MaRIHE” proqramının qalibi, hazırda Avstriyada magistratura təhsili alan Aysel Muradova xaricdə təhsil barədə öz təcrübələrini bölüşüblər.