
2023-12-22 14:29:11
LDU-da Bioloji müxtəlifliyin qorunması mövzusunda Beynəlxalq konfrans
Lənkəran Dövlət Universitetində (LDU) “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda Beynəlxalq Elmi konfrans işinə başlayıb.
AzEdu.az xəbər verir ki, konfrans vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açılış nitqində iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. LDU rəsmisi konfransın qloballaşan dünyanın ən vacib problemlərinə həsr olunduğunu, müzakirəyə çıxarılacaq məsələlərin həlli istiqamətində bütün elm adamlarının, cəmiyyətin birgə fəaliyyətinin vacib saydığını deyib, təbiətin ekoloji tarazlığının qorunmasını bəşəriyyətin xilası adlandırıb.
Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov “Biomüxtəlifliyin qorunması və dayanıqlı sosial-iqtisadi inkişaf” mövzusunda geniş məruzə edib. Məruzədə dünyada və ölkəmizdə bu istiqamətdə görülən işlər, həllini gözləyən məsələlər ətraflı şərh edilib, problemin həlli ilə bağlı təklif və mülahizələr irəli sürülüb.
Məruzə ətrafında Kafkas (Kars) Universitetinin professoru prof.Yavuz Öztürkler, LDU-nun “Biologiya və ekologiya” kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynov çıxış ediblər.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirib. “Ekoloji dayanıqlıq və alternativ inkişaf”, “Biomüxtəlifliyin qorunması və dayanaqlı inkişaf” bölmələrində 100-dən artıq tezis dinlənilib. Beynəlxalq Elmi konfransda bütövlükdə ABŞ, Rusiya, Böyük Britaniya, İtaliya, Türkiyə, Qazaxıstan və s. 10 ölkədən tədqiqatçılar iştirak edir.
Qeyd edək ki, ölkənin 20-yə yaxın ali təhsil müəssisəsindən və elmi təşkilatlardan olan tədqiqatçılar LDU-dakı Beynəlxalq elmi konfransa onlayn və oflayn formatda qatılıblar.
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47