
Vəkillər Kollegiyasının Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri üçün elan etdiyi “Heydər Əliyev adına tələbə təqaüd proqramı” və “Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, mərasimdə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, Türk dünyasının ilk qadın hüquqşünas və vəkili olan Sürəyya Ağaoğlunun yaxın qohumu Nigar Axundova, universitetin müəllim və tələbə heyəti iştirak edib.
“Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”nın qalibi olan NDU-nun Beynəlxalq və hüquq fakültəsinin ikinci kurs tələbəsi Sevgi Rzayevaya və “Heydər Əliyev adına tələbə təqaüd proqramı”nı qazanan universitetin Hüquq və beynəlxalq münasibətlər fakültəsinin üçüncü kurs tələbəsi İnfin Zeyniyev mükafatlandırılıb.
Qeyd edək ki, oktyabrın 20-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən bu il imzalanmış Memoranduma uyğun olaraq NDU-nun təhsildə fərqlənən tələbləri üçün fərdi təqaüdün ayrılması məqsədilə Kollegiya tərəfindən “Heydər Əliyev adına tələbə təqaüd proqramı” və “Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis olunub.
Sonra NDU-nun yeddi tələbəsi arasında keçirilən müsahibədə Sevgi Rzayeva “Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı”na və İnfin Zeyniyev isə “Heydər Əliyev adına tələbə təqaüd proqramı”na layiq görülüb.