Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-25 14:28:39
Hədəf Liseyinin şagirdləri BMU ilə tanış olublar

Məktəblilərin Bakı Mühəndislik Universiteti (BMU) ilə əyani şəkildə tanışlığı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Hədəf Liseyinin bir qrup şagirdi ali təhsil ocağında olub.

 

AzEdu.az xəbər verir ki, tanışlıq zamanı şagirdlərə BMU-da mövcud olan fakültələr, ixtisaslar, həmçinin nəzərdə tutulan yeniliklər barədə ətraflı informasiyalar təqdim olunub.

 

Sonra məktəblilər universitetin müasir laboratoriyaları, Texnoparkı ilə yaxından tanış olub, burada həyata keçirilən təcrübələrlə bağlı məlumatlandırılıblar.

 

Məktəbliləri maraqlandıran suallara BMU müəllimləri tərəfindən aydınlıq gətirilib.