
2023-12-25 16:19:14
LDU-da tələbələrarası universitet birinciliyi keçirilib
Lənkəran Dövlət Universitetinin (LDU) Elmi kitabxanasında tələbələr arasında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Nə? Harada? Nə Zaman?” adlı intellektual yarışma –tələbələrarası universitet birinciliyi keçirilib.
Universitetdən AzEdu.az-a bildirilib ki, bilik yarışmasında iştirak edən tələbələrin Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixi, xalqımızın böyük Zəfər yolu barədə bilikləri qiymətləndirilib. Gərgin və maraqlı keçən yarışmada “O biri komanda” 1-ci, “One Minute” 2-ci, “İnterstellar” komandası 3-cü yerləri tutublar. Qalib komandaya kubok, medallar və iştirakçılara diplomlar verilib.
Qeyd edək ki, bilik yarışması LDU-nun Tələbə Gənclər və Tələbə Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.
Qalib iştirakçılara mükafatları LDU Həmkarlar Komitəsinin sədri Vaqif Quliyev təqdim edib.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44