Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 12:20:13
Ali məktəblərdə tələbələrin sayının 75 minə çatdırılması planlaşdırılır

Azərbaycanda ali təhsilə əlçatanlığın artırılması istiqamətində böyük işlər görülüb.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilən “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumunda söyləyib. O bildirib ki, bu il ali təhsilə qəbul olanların sayı 60 minə çatıb.

 

"2026-cı ildə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının 75 minə çatdırılması planlaşdırılır. Burada xarici tələbələrin də sayı rol oynayır. Cari tədris ilindən ölkəmizdə təhsil alan əcnəbilərin sayı on minə çatıb. Əcnəbi tələbələrin ölkədə artmasına töhfə verən digər addımlardan biri də özəl universitetlərin onlar üçün ayırdığı təqaüdlərdir", - deyə nazir müavini qeyd edib.