
2018-10-20 09:09:00
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında institutun veb-saytı yeni versiyada (www.tarixinstitutu.az) təqdim edilib.
AzEdu.az xəbər verir ki,AMEA-nın Tarix İnstitutundan Moderator.az-a verilən məlumata görə, institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, institut ermənilərin işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində mühüm rol oynayır: “Dünyaya sübut etmişik ki, ermənilər Qafqaza gəlmədirlər. Portalımızın əsas şüarı Ulu öndər Heydər Əliyevin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” kəlamıdır”.
Akademik deyib: “Tarixçi olaraq, müqayisə aparmaq istəyirəm. Məncə, tarixin inkişaf dövrlərinə təzə birini də daxil etmək lazımdır. Bunu ironiya ilə yox, həqiqət olaraq deyirəm: bizim bir neçə - Paleolit, Neolit, Eneolit və Dəmir dövrümüz var. Yaşadığımız dövr isə informasiya texnologiyaları dövrüdür”.
Saytın idarəçisi Elnur Nəciyev çıxışında qeyd edib ki, Tarix İnstitutunun nəşrləri saytın “E-kitablar” bölməsində oxuculara təqdim olunub: “AMEA-nın digər institutlarından fərqli olaraq portalımızın “E-kitablar” bölməsindəki nəşrləri daha asan şəkildə axtarmaq mümkündür”.
Saytın ana səhifəsi “İnstitut haqqında”, “Xəbərlər”, “Tarixçilər”, “Dövlətçilik tarixi”, “E-kitablar”, “Xəritələr”, “Qalereya”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarətdir. 9 bölmədən ikisi - “Tarixçilər” və “Dövlətçilik tarixi” bölmələri yenidir.
Yaqub Mahmudov deyib: “Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. İnstitutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin tədqiqidir. Portalımızın “Dövlətçilik tarixi” bölməsində “Soyqırımları tarixi”, “Repressiya tarixi” və “Deportasiya tarixi” adlı yarımbölmələr var”.
Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir. Yaxın zamanlarda portalın rus və ingilis dillərində olan versiyaları da ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, Tarix İnstitutunun ilk saytı olan “tarix.gov.az” 2011-ci ildə yaradılıb. Saytın yeni versiyasında “tarix.gov.az”dan fərqli olaraq institutun Feysbuk səhifəsinə və Yutub kanalına keçid mümkündür.
Bu bölməyə aid digər xəbərlər
AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradılıb
2024-06-24 09:17:18
İsa Həbibbəyli: "Azərbaycan seysmologiya sahəsi üzrə doktorantura təhsili yoxdur"
2023-11-29 11:57:59
TÜBİTAK-ın AMEA ofisi yaradılıb
2023-11-19 10:31:00
AMEA-nın beynəlxalq təşkilata üzvlüyü təsdiqləndi
2023-07-18 09:24:40
Magistrlərin “Məzun günü” keçirilib
2023-07-07 13:52:20
AMEA-nın “tefal alimləri”, yoxsa "Pensiya fondu"na çevrilmiş “flaqman”? - İTTİHAM
2023-06-06 10:54:00
AMEA: Gəncləşmə siyasətində magistraturanın çox böyük rolu var
2023-03-16 12:19:24
Seysmologiya üzrə kadrlara ehtiyac var – İsa Həbibbəyli
2023-03-16 11:48:13
AMEA-nın Ümumi yığıncaq - nazir də iştirak etdi
2023-03-16 11:46:20
“Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan” - elmi konfrans
2023-03-04 12:01:00