
2024-01-01 11:40:00
LDU-da növbəti seminar keçirilib
Lənkəran Dövlət Universitetinin Elmi hissəsi, eləcə də Elm və tədqiqat işləri şöbəsi ilə birlikdə müəyyən edilmiş icra planına uyğun olaraq Filologiya və ibtidai təhsil, Aqrar və mühəndislik, eləcə də İqtisadiyyat və idarəetmə fakültələri üzrə Tələbə Elmi Cəmiyyətinin növbəti seminarları keçirilib.
AzEdu.az xəbər verir ki, seminar “Elmi tədqiqat işinin proqramının tərtib edilməsi və ədəbiyyat mənbələrinin düzgün seçiminin aparılması qaydaları” mövzusuna həsr olunub. Keçirilmiş tədbirdə fakültə dekanları, fakültənin professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin universitet və fakültə üzrə sədrləri ilə yanaşı, TEC in fakültə üzrə üzvləri də iştirak ediblər.
TEC-in fakültə sədrləri fəaliyyət istiqaməti və tədris ili ərzində görüləcək işlər haqqında məlumatları tədbir iştirakçılarına çatdırıblar. Daha sonra Filologiya və ibtidai təhsil fakültəsi üzrə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dos. Qədim Rufullayev, Aqrar və mühəndislik fakültəsi üzrə fakültə dekanı, dos. Balayar Şahbazov, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri, dos. Aytəkin Əfəndiyeva məruzə ilə çıxış edərək mövzu istiqamətində, eləcə də elmi işin hazırlanması, ədəbiyyat mənbələrinin seçilməsi qaydaları haqqında ətraflı məlumat veriblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06