Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-20 13:42:00
"Rüşvət və himayədarlığın nəticəsində kvazialimlər əsas alimlərin yerlərini zəbt edir..."
AzEdu.az  əməkdar elm xadimi, professor Şahlar Əsgərovun yazısını təqdim edir: 
 
"Böyük Yaradandan sonra yerdə ikinci yaradan qadındır, ondan əlavə nə isə ummaq məntiqə zidd görünür"
 
Elmdə himayədarlıq 
 
1957 - ci idə SSRİ tərəfindən kosmosa qapı açılmışdi. ADU (indiki BDU)  - nun rektoru akademik   Yusif Məmmədəliyev kosmosu tədqiq etmək üçün rəsədxana açmağı planlaşdırırdi. Astronomiya üzrə professor Rəhim Hüseynov söhbət edir ki, rektor Yusif Məmmədəliyevin yanında idim. Dövlət telefonu zəng çaldı. Zəng edən  Mərkəzi Komitənin 2-ci katibi idi. Görüşmək üçün rektordan vaxt istədi. Rektor dedi ki, Siz əziyyət çəkməyin, mən gələrəm. Katib: yox, mən gələcəm, dedi. Bu şərəf rektor vəifəsi ilə bağlı deyildi, alimlikə, akademikliklə bağlı idi. Belə akademiklərin sayəsində Akademiyayanın nüfuzu çox yüksək idi.
 
İ.Stalin dönəmindən sonra elmə və alimə münasibət çox dəyişdi. O dövrünün alimi ilə, sonrakı dövrün alimi arasında böyük fərq yarandı. Stalin dövründə alimləri ancaq elmi nailiyyətinə görə Elmlər Akademiyasına üzv seçilirdiər. Elmdə himayədarlıq yox idi. Səvyyəsi yüksək olmayan heç kəs SSRİ EA –na üzv seşilə bilməzdi. Bu insanlara dövlətin qayğısı və cəmiyyətin  hörməti yüksək idi. (Qeyd edim ki, o zaman bizim də yaxşı tanımadığımız azərbaycanlı Əli Əmiraslanov SSRİ EA 1952 – ci ildə ilk seçilən üzv olub). İ.Stalindən sonra elmdə himayədarlıq və bunun nəticəsi olaraq elmdə tənəzzül başladı. Elmi göstərici ikici plana keçdi. Elmi müdafiələrə qoyulan tələblər yavaş- yavaş yumşaldılırdı. Zahirən hər şey əvvəlki kimi saxlanılırdı, ancaq mahiyyət çox ucuzlaşırdı. Elmi potensialı olmayan adamlar himayədarlarının köməyi ilə “müdafiə” edir, dövləti adından rəsmi sənədlə “alim” adını qazanır, professor olur. Heç zaman tətbiq olmayacaq bir neçə elmi nəticə alan adam müdafiədən sonra Akademiyanın rəhbərliyində yer alırdılar. Elmi ictimayyətin rəyi nəzərə alınmırdı. Sonra bu “alimlər” sağlam düşüncəyə zidd olaraq ömrünün axırına qədər ondan bəhrələnirdi. İti zəkalı alimlər Akademiyadan kənarda qalırdılar. Elm içindən çürüyürdi. Bu yanaşma Akademiyanı çox zəiflətdi və hörmətdən saldı. EA ştat cədvəlni kvazialimlər doldururdular. Elmi müdafiələr ritual məclislərə cevrildi. Bu tənəzzülü dayandırmaq üçün bir çox post sovet dövlətlərində Akademiyaların fəaliyyəti dayandırıldı. Çünki Akademiya öz məqsədinə qulluq edə bilmir, yavaş-yavaş təhsil müəsisəsinə çevrilirdi.
 
Akademiyanın keçmişinə nəzər salanda bugünkü gerilik aydın görünür. Azərbaycan Elmlər Akademiyası ilk üzvlərinin (1945 il) seçimi diqqəti cəlb edir: M.Mirqasımov, Y.Hacıbəyov, Y.Məmədəliyev, M. Topçubaşov, S.Vurğun, M.İbrahimov, M.Qaşqay, Ə.Ələşrəf, H.Hüseynov, və digərləri... Bu akademiklər dövrünün parlaq şəxsiyyətləri və millətin intelektual və yaradıcı simaları idilər. Talantlı gənclər bu zirvə alimlərin ətrafında və qaygısı altında idilər. 
1990-cı illərin əvvəllərində ölkədən xeyli sayda alim getdi. Yəni ölkədə “beyin axını” yaşandı. Bu gedənlərə misal olaraq  İsrafil Hüseynovu, Elyaz Babayev, Qərib Mürşüdov, Vəli Şahmurov, Məsud Əfəndiyev, Elman Həsənoğlu, Azər Kərimov, Pərviz Əmiraslan, Amrulla Mamedovu, Nizami Həsənlini, Rezo Əliyev, Hamdulla Mehrabovu və digərlərini göstərmək olar. Bu sıraya iki dahi azərbaycanlı alimin- Lütfizadə və Əli Cavanın adını da yazmaq olar. Lütfizadəi hamı tanıyir. Əli Cavan azərbaycan əsilli amerika fizikidir. Ona Qərdə Şərqin Eynşteni deyirlər. Əlbəttə, Akademiyanın bu alimlərə sahib çıxmaması qüsurlu haldır.  Xeyirsiz zərər olmadığı kimi, beyin axınının müsbət cəhəti də var. Belə ki, onların bəziləri qayıdıb mükəmməl biliklə ölkəsinə xidmət gostərə bilərlər. Bu yaxınlarda AzTU-nin bir maqistiri elmi işi üçün Almaniyada yaşayan Rezo Əliyevdən məsləhət aldığını mənə danışdı və mən çox sevindim.   
 
Alim kimdir?
 
Yeni dünyagörüşə ehtiyac var. Bir müdrük kəlamda deyilir ki, “anlayışları dəqiq müəyyən edin, onda bir çox səhv fikirlərdən qurtulacaqsınız”. “Alim” anlayışının mənasını dəqiq müəyyən etmək lazımdır. Sual olunur: alim kimdir və alimin məmurdan fərqi varmı?  
 
ABŞ sabiq prezidenti B.Obamanın maraqlı bir fikri var: böyük idealların reallaşması üçün hamının sonda dirəndiyi sirli 40-cı qapının açarı da məhz elmdir!  Yəni ELM sirli qapıları açmaq üçün bir açardı.  Obamanın dediyi  sirli 40-cı otağın qapısını hər alim yox, ancaq ömrünü elmə həsr edən  iti zəkalı alimlər aça bilərlər. 
 
Tarixi təcrübəyə əsaslanaraq və B.Obamanın fikrini nəzərə alaraq, “alim” kimdir?- sualına cavab vermək olar.   
 
Subyektiv fikrimə görə, alim gecə - gündüz yorulmadan işləyən, öz sənətini sevən nadir şəxsdir. Başqa sözlə, alim özünü sutkada 24 saat elmə həsr edən talantı insanlardı. Bu qabiliyyətinə görə o, unikaldır. Tərifdən görünür ki, belə adamlar çox ola bilməz. 
Bəşəriyyəti inkişaf etdirən böyük ixtiraları yada salsaq görərik: od, təkər, kitab çapı, saat, mikroskop, maşını, gəmini, traktoru hərəkətə gətirən mühərrik, telefon, foto, radio, kino, təyyarə, TV, fərdi kompüter və bunu kimi möhtəşəm ixtiraları kişi alimlər ediblər. Sual olunur bunun səbəbi nədir?   
İntellektual cəhətdən qadınlar və kişilər, şübhəsiz ki, bərabərdir. Qadınlar dövlət idarə edə biliblər və indi də edirlər. Ancaq onların adı nə ixtiraçılar, nə də peyğəmbərlər arasında yoxdur. Səbəb, onların intellektual səviyyəsi ilə yox, ilahi təyinatı ilə bağlıdır. Qadının ilahi görəvi, öncə ana olmasıdır. Bu o deməkdir ki, kişilərdən fərqli olaraq, onların vaxt resursunu çox hissəsi ilahi missiyanı yerinə yetirməyə sərf olunur. Başqa sözlə, kişilər sutkada 24 saat elmlə məşğul ola bilərlər, ancaq qadıların nəzəri cəhətdən buna imkanı yoxdur. Qadın kifayyət qədər yaradıcıdır. Böyük Yaradandan sonra, yerdə ikinci yaradandır. Ondan əlavə nə isə ummaq məntiqə zidd görünür.  
 
Sosiologiyanın məlum bir qanununda deyilir ki, bütün elmi nəticələrin 80% -ni alimlərin 20 %, yerdə qalan 20% nəticələri isə alimlərin 80 % əldə edirlər. 40 –cı otağın (və ona yaxın otaqların) açarları alim toplmunun  20 % –dədir. Yerdə qalan otaqların (20-dən 35-a kimi) açarları digər alimlərdə və kvazi alimlərdədir.  
 
Dəyərli alimləri kvazi alimərdən ayırmaq çox  ciddi məsələdir. İ.Stalin dönəmində bu məsələ ciddi tələbkarlıq əsasında bəşəri standartlara uyğun həll edilirdi. İmkan verilmirdi ki, kvazialimlər əsas alimlərin yerlərini zəbt etsinlər. Müasir dövrdə  rüşvət və himayədarlığın nəticəsində bu standartlar pozulub. İndi bu məsələni həll edə bilsək, beyin axını dayana bilər. Demokratiya azadlıq və məsuliyyətin cəmi deməkdir. Kvazialimlər azadlıqdan gen-bol istifadə edirlər, ancaq onlarda məsuliyyət yox dərəcəsindədir.  
 
Ömrü boyu hər gün təqribən 24 saat elmlə məşğul olan alimləri sayı zaman və məkandan asılı olaraq müxtəlf ölkələrdə müxtəlifdir. Əgər fərz etsək ki, hər 100.000 nəfərdən biri anadan alim (və ya siyasətçi, kompozitor, şair, rəssam...) kimi doğlur, onda  ölkənin alim potensialı  100- 200 nəfər tərtibində olar. Rəhmətlik A.Mirzəcanzadəni dövründə elmlər doktorlarının sayı təqribən 1200 nəfər idi. Bu göstərici də xeyli şişildirilmiş bir rəqəmdir. 
 
40-cı otağa qədərki otaqları (20 -dən  35-ə kimi) fəth edən kişi və qadın alimlərimiz var. Ancaq bu alimlərlə İ.Stalin dövrünün alimləri arsında fərq çox böyükdür. 
 
Allah bütün alimlərimizə uzun ömr və can sağlığı versin.  Əgər 40-cı və 25 –ci otağın alimləri dünyaların dəyişəndə onlar haqqda fəqli nekroloq oxuymaq mümkündür: 
 
40- ci otağın açarına sahib alim haqda oxuyarıq: Filankəsov flankəs elminin filan sahəsində dünyaca məşhur idi. Elmi məktəb sahibi idi. Onun filan adlı monoqrafiyasi xarici dillərə tərcümə olunub. Ölkəmizdə yeni elm sahəsinin bünövrəsini qoymuşdu. Elmə yeni anlayış gətirmişdi. Dəfələrlə mühazirə oxumaq üçün xarici universtetlərdən dəvət almışdı. Bir neçə xarici akademiyaların üzvüdü. Dövlətimiz tərfindən orden və medallarla təltif edilmişdi və s. və bunun kimi.
25- ci otağın açarına sahib haqda oxuyarıq: Filankəsov flankəs elminin filan sahəsində tanınmış ailim idi. 500 –dən çox məqalə müəllifi idi və 50-dən çox beynəlxalq konfransda iştirak edib. İnistitut direktoru idi. 30 il bu vəzifəni şərəflə yerinə yetirmişdi. Milli parlamentin üzvü olub. Filanıncı ildə Dövlət mükafatı alıb. Filankəs adına medalın lauerantıdır. Dövlət tərfindən orden və medallarla təltif edilmişdir və s. və bunun kimi.
 
25 –ci otağın sahibi haqqında yazılanlar ictimai etimad doğurmur. Birinci halda “faktlar” danışır, ikinci halda “sözlər”.
 
Diqqətlə təhlil edəndə çox suallar cavabsızdır. Belə ki, bu 500 məqalənin neçəsinin  tək müəllifidir? Bir dənə də olsun seminar məqaləsi varmı? Neçə talantı gəncin yetişməsində iştirak edib? Müşahidələr göstərir ki, adətən, bu cür alimlər yerliçilik əsasında ətrafına özünə oxşar gəncləri toplayıb, elmi qabağa, yox dala çəkirlər. 
 
P.S. Bu məqalə çapa hazırlananda Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə AMEA həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı. Bu münasibətlə Akademiymızın dəyərli üzvlərini ürəkdən təbrik edirəm.
 
Ardı var...