Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-04 10:11:00
Zaqatalada yol qəzası...- 10 yaşlı uşaq xəsarət alıb

Zaqatalada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

AzEdu.az xəbər verir ki, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, mikroavtobusla "Niva" markalı avtomobillərin toqquşması nəticəsində Muğanlı kənd sakinləri - 1994-cü il təvəllüdlü Əliyev Yusif Bayram oğlu, 1987-ci il təvəllüdlü Qurbanov Səxavət Qəhrəman oğlu və 2014-cü il təvəllüdlü Dəmirov Ziya Saleh oğlu xəsarət alıblar.

 

Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktala bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.