Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-05 09:00:00
Bakıda çarəsiz qalan uşaq xilas edildi

112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

AzEdu.az xəbər verir ki, bu barəfə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.


Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəzarətsiz qalmış uşağın xilas olunması təmin edilib.