Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 17:51:00
UNEC-in 14 tələbəsi Fransa universitetində təhsilini davam etdirir

UNEC-in 14 tələbəsi hazırda ikili diplom proqramı ilə Fransanın Montpellier Universitetində təhsillərini davam etdirir.

 

AzEdu.az xəbər verir ki, onlar III kursu Montpellier Universitetində, IV kursu isə UNEC-də oxuduqdan sonra hər iki universitetin diplomunu əldə edəcəklər.

 

Qeyd edək ki, Montpellier Universiteti ilə ikili diplom proqramından indiyədək 78 UNEC tələbəsi məzun olub.