Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-11 12:54:06
Alimin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Vaqif Quliyevin həmmüəllifi olduğu “Dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarında maksimal və Kalderon-Ziqmund operatorları və onların tətbiqləri” adlı məqalədə yeni dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarının tərifi verilir. Həmçinin bu fəzalarda maksimal və Kalderon-Ziqmund operatorlarının məhdudluğu isbat edilir.

 

Əldə olunan nəticələr Boxner-Riss, vahidin approksimasiyası və Marsinkeviç operatorlarına dəyişən dərəcəli lokal Morri-Lorentz fəzalarında tətbiq edilir.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.

 

Məqalə “Applicable Analysis jurnalında dərc olunub. “Web of Science” bazasında impakt faktoru 1.1-ə bərabər olan “Applicable Analysis” jurnalı Q3 kateqoriyasına daxildir.