
2024-01-12 14:16:37
Yaxşı kitab yaxşı dostdur...
“Dünya binə olandan insanlar kitabdan yaxşı heç nə kəşf etməyiblər”. Çox sevdiyim bu deyimi hər dəfə işlədəndə ilahi gücünü bir daha hiss edirəm. Həqiqətən də yaxşı kitab yaxşı dostdur, həyat bələdçindir, ən əsası-ruhunun qidasıdır. Zamanın sərt küləyi, qloballaşan dünyanın min kələyi, sosial şəbəkələrin göz qamaşdıran tələsi belə bu həqiqəti dəyişdirmək gücündə deyil hələki... Alimlər yazır, aqillər oxuyur-XXI əsrin 3-cü onilliyində gördüyüm mənzərə budur!
AMEA Nəsimi adına Dilçilk İnstitunun Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, Lənkəran Dövlət Universitetinin professoru, gözəl dilçi alim İlham Tahirovun yenicə çapdan çıxmş “İngilis strukturalizmi müstəqil dilçilk məktəbi kimi” kitabı başa çatmış ilimizin ən uğurlu elmi nəşrlərindəndir. Kitab təkcə dilçilk sahəsində ixtisaslaşan bakalavr, magistrant, doktorantlar, dilçi mütəxəssislər, tərcüməçilər üçün deyil, bütövlükdə geniş oxucu auditoriyası, ümumi dilçilk problemləri ilə maraqlananlar üçün faydalı mənbə sayıla bilər.
Qeyd edək ki, XX yüzilliyin əvvəllərində meydana çıxmış, dil haqqında elmin inkişaf tarixinə müəyyən zaman çərçivəsində dilçilk problemlərinin müəyyənləşdirilməsi, qoyuluşu, həlli üçün xüsusi modellər, metod və üsullar kitabın 4 fəsil və nəticə hissəsində müəllif tərəfindən ətraflı araşdırılıb, elmi təhlillər, müqayisələr aparılıb, nəzəri müddəalar konkret faktlarla əsaslandırılıb. Nəşrdə Böyük Britaniyada ilk ümumi dilçilik professoru Con Rupert Försün dilçilik görüşləri, məktəbin əsas simaları və onların fəaliyyət məsələləri, ingiliz strukturalizminin tədqiq tarixi, ingilis strukturalizmi linqvistik strukturalizmin müstəqil istiqaməti kimi, ingilis strukturalizminin linqvistik ideyaları, ingilis strukturalizminin semantik ideyalarının müasir dilçilikdə inkişafı məsələləri araşdırılıb.
Nəşrə yazdığı ön sözdə prof. İlham Tahirov kitabın yazılma səbəbinin vacibliyini belə izahlandırır: “ İngilis strukturalizminin ümumi dilçilk tarixində rolu və mövqeyi kifayət qədər öyrənilməmişdir. Lakin linqvistik strukturalizmin bu qolunun dilçilk görüşlərini, dünya dilçiliyi tarixindəki rolunu, onların dilə gətirdiyi tədqiqat metodu və üsulları barədə Avropa, Amerika, keçmiş sovet və rus tədqiqatçılarının müəyyən əsərlərindən məlumatlanmaq mümkündür. Nəzərə almaq lazımdır ki, deyilən mənbələr Azərbaycandilli oxucu və tələbə auditoriyası üçün əlçatan deyil. Azərbaycandilli oxucu auditoriyasının tələbatını ödəmək baxımından bu kitabı faydalı hesab etmək olar”.
Fikrimizcə, ingilis strukturalizminin linqvistik konsepsiyasını öyrənmək, bu məktəbin görüşləri ilə Azərbaycan oxucusunu tanış olmaq, bütövlükdə bu məktəb haqqında ətraflı öyrənmək baxımından bu kitab çox əhəmiyyətlidir. Xatırladaq ki, “İngilis strukturalizmi müstəqil dilçilk məktəbi kimi” kitabının elmi redaktoru filologiya elmləri doktoru, proffessor Nadir Məmmədli, rəyçiləri professor Məsud Mahmudov, dosentlər Baba Məhərrəmli və Gülşən Axundovadır.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44