
2024-01-12 17:06:13
“THE Impact 2024” reytinqində Azərbaycan universitetləri 2 dəfədən çox artıb
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən dərc olunan “THE Impact 2024” reytinqində iştirak edən Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb. Ötən il ölkəmizdən 8 universitetin iştirak etdiyi qiymətləndirmədə bu göstərici cari ildə 18-ə yüksəlib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfəsinin ölçüldüyü “THE Impact” reytinqində qiymətləndirmə 4 əsas istiqamət üzrə aparılır: tədqiqat, idarəetmə, maarifləndirmə və tədris. Qiymətləndirmədə təhlil olunan meyarlardan biri də universitetlərin davamlı inkişaf, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətidir.
“THE Impact 2024” reytinqində ölkə üzrə iştirak faizinin artmasına Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və universitetlərin birgə fəaliyyəti əhəmiyyətli təsir göstərib.
THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Bati qeyd edib ki, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP 29) hazırlıq ərəfəsində universitetlərin davamlı inkişafa töhfəsini görmək təqdirəlayiqdir. “THE Impact 2024” reytinqində Azərbaycan universitetlərinin yüksək iştirak səviyyəsi sözügedən sahədə onların fəaliyyəti üçün qlobal platforma yaradır.
Cari ilin iyun ayında Taylandın paytaxtı Banqkok şəhərində keçiriləcək Davamlı İnkişaf Konqresində “THE Impact 2024” reytinqinin nəticələri elan ediləcəkdir.
Bu bölməyə aid digər xəbərlər
Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır
2024-09-11 11:11:47
Xaricdə yaşayan alimlərimizdən gözləntilərimiz çoxdur
2024-09-09 12:43:58
Nazir: Yeni qiymətləndirmə meyarlarına keçmək üçün zaman lazımdır
2024-05-13 10:46:42
Elm və təhsil naziri Türkiyəyə səfər edib
2024-05-11 11:48:11
Elm və Təhsil Nazirliyi “Times Higher Education” ilə strateji tərəfdaşlıq qurub
2024-05-03 12:38:09
Maaşları artırılan müəllimlərin SAYI
2024-05-03 11:03:01
Sertifikasiyadan kəsilənlərin təkrar imtahanı bu tarixdə OLACAQ
2024-05-03 10:57:34
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
2024-04-24 16:41:00
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib
2024-04-19 16:18:01
Vətəndaş müraciətlərinin statistikası
2024-03-18 16:27:50