Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-13 14:18:00
Prezident COP29-la bağlı Təşkilat Komitəsi yaratdı

 

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.

 

AzEdu.az xəbər verir ki, sərəncama əsasən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb.

 

 

Təşkilat Komitəsinin sədri

 

 

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

 

 

Təşkilat Komitəsinin üzvləri:

 

 

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti

 

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

 

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

 

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

 

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

 

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

 

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

 

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

 

Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi

 

Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri

 

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

 

Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

 

Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

 

Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru

 

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı

 

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

 

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

 

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

 

Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru

 

Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

 

Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

 

Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri

 

Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

 

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

 

Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

 

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

 

 

Təşkilat Komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirməli; əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görməlidir.

 

Nazirlər Kabineti isə bu sərəncamda nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etməlidir.