Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 14:10:00
Zal nəzarətçisi olmaq istəyənlərin nəzərinə-TƏLİMLƏR DAVAM EDİR

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün təlimlər və yekun test imtahanı mərhələsi davam edir

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.

 

Bildirilib ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün müsahibə mərhələsi 24 noyabr, ümumi intellekt səviyyəsinin yoxlanılması mərhələsi 2 dekabr 2023-cü il tarixində yekunlaşıb.

 

Müsahibə üçün qeydiyyatdan keçən 3199 namizəddən 2065 nəfəri uğurlu nəticə əldə edərək növbəti mərhələlərdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə uğur qazanan 2065 namizəddən 1917 nəfəri ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında iştirak edib və 1807 nəfər uğurlu nəticə əldə edib. Onlardan 1770 nəfər isə “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimində iştirak edib.

 

“İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimində iştirak edən namizədlərə “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlanan ikinci təlimdə iştirak etməklə bağlı elektron poçt ünvanlarına bildiriş və mobil telefon nömrələrinə “sms” göndərilir. Bu təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələ və funksiyaları haqqında nəzəri məlumatlar verilir və fikir mübadiləsi aparılır.

 

Xatırladaq ki, “DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” təlimində iştirak etmək üçün 1768 nəfər qeydiyyatdan keçib və indiyədək 1525 nəfər təlimə qoşulub.

 

Təlimlərdə olmuş namizədlərə yekun test imtahanında iştirak etməklə bağlı elektron poçt ünvanlarına bildiriş və mobil telefon nömrələrinə mesaj göndərilir. Yekun test imtahanına 1600 nəfər qeydiyyatdan keçib və indiyə qədər 1192-si imtahan verib. Onlardan 1111 nəfər uğurlu nəticə əldə edib.

 

Zal nəzarətçilərinin sertifikatlaşdırılması prosesi ilə bağlı suallarınız yaranarsa, [email protected] ünvanına elektron məktub göndərə, +994552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə linkdən tanış olmaq mümkündür.