Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 17:49:25
Qubada 7-ci sinif şagirdi itkin düşdü

Qubada 7-ci sinif şagirdi itkin düşüb. 

 

AzEdu.az xəbər verir ki, Quba şəhər 2 saylı tam orta məktəbin şagirdi, 2011-ci il təvəllüdlü Əli Məlikov səhər evdən çıxıb və geri qayıtmayıb. O, məktəbə getmək adı ilə evdən çıxsa da, dərsə də getməyib.

 

Məktəblinin ailəsi hüquq-mühafizə orqanlarına müraciət edib. Onun tapılması istiqamətində tədbirlər görülür.