Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 14:14:00
Prezidentliyə namizədlər: Fazil Mustafanın TƏHSİLİ  

Bu il fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. 7 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

Namizədlər sırasında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; Milli Məclisin deputatı Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev yer alır.

 

AzEdu.az Təhsil Portalı hər bir namizədin təhsili barədə məlumat verir.

 

Prezidentliyə namizədlərdən biri də Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafadır.

 

Fazil Mustafa 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb. Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.

 

2005, 2010, 2015 və 2020-ci illərdə 4, 5 və 6-cı çağırış Milli Məclisə seçkilərdə deputat seçilib.

 

Qeyd edək ki, Fazil Mustafa Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində taqım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.