
Dövlət İmtahan Mərkəzində ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodiki seminarlar qrafikə uyğun olaraq fəaliyyətini davam etdirir. Bu gün “İngilis dili” fənni üzrə növbəti seminar keçirilib və bu seminar canlı yayımlanıb.
AzEdu.az seminarın gündəliyinə daxil olan məsələləri təqdim edir:
-Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında yoxlanılması mümkün olan alt standartlar və mövzular (buraxılış imtahanlarının proqramları);
-Dinləyib-anlama”, “Oxu” və “Yazı” məzmun xətti üzrə bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə dair mətn və tapşırıqlar;
Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Canlı yayımı buradan izləyə bilərsiniz.