Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-21 11:11:22
NASA-nın Marsdakı helikopteri ilə əlaqəsi kəsilib

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) yanvarın 18-də Marsa səfər edən “Ingenuity” pilotsuz helikopteri ilə əlaqəsi itib.

 

AzEdu.az xəbər verir ki, bu barədə NASA-nın açıqlamasında bildirilir.

 

“Yanvarın 18-də NASA-nın “Ingenuity” Mars helikopteri qırmızı planetdə 72-ci uçuşunu həyata keçirib.

 

Planlaşdırılan eniş zamanı helikopterlə əlaqə yerə enməzdən öncə, vaxtından əvvəl kəsilib”, - NASA bildirib.

 

Qeyd edilir ki, uçuş əvvəlki proses nəticəsində planlaşdırılmamış enişdən sonra helikopterin sistemlərinin qısamüddətli yoxlanılması kimi planlaşdırılıb. Məlumata görə, pilotsuz qurğu 12 m hündürlüyə qalxa bilib.

 

NASA hazırda mövcud məlumatları təhlil edir və “İngenuity” ilə əlaqəni bərpa etmək üçün mümkün addımları nəzərdən keçirir.

 

“Ingenuity” NASA-nın 2021-ci ilin fevralında “Perseverance” ilə birlikdə Marsa çatdırılan pilotsuz helikopteridir. Həmin ilin aprelində helikopter öz mühərrikindən istifadə edərək planetdə ilk uçuşunu edib.