Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-24 12:10:00
Prezidentliyə namizədlər: Qüdrət Həsənquliyevin TƏHSİLİ  

Bu il fevralın 7-si növbədənkənar prezident seçkiləri keçiriləcək. 7 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

 

Namizədlər sırasında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; Milli Məclisin deputatı Zahid Oruc; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev yer alır.

 

AzEdu.az Təhsil Portalı hər bir namizədin təhsili barədə məlumat verir.

 

Prezidentliyə namizədlərdən biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.

 

Qüdrət Həsənquliyev 1965-ci ilin yanvarın 29-da  Culfa rayonunda  Əbrəqunus  kəndində anadan  olub. O, 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.  Daha sonra Asiya Universitetinin baş müəllimi vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Qüdrət Həsənquliyev 2003, 2005, 2010, 2015  və  2020-ci illərdə millət vəkili seçilmişdir.

 

2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Respublikası Prezident seçkilərində iştirak etmişdir.