
2018-03-20 09:47:22
Məktəblərarası robotexnika olimpiadasının finalı keçirilib
Qərbi Kaspi Universitetinin (Western Caspian University) təşkilatçılığı ilə məktəblilər arasında keçirilən LEGO Sumo robototexnika olimpiadasının final yarışları keçirilib.
AzEDU.az Xəbərlər.az-a istinadən məlumat verir ki, olimpiadaya paytaxt məktəblərinin şagirdləri ilə yanaşı, Gəncə, Şirvan, Ağdaş, Şəki və Sumqayıtdan olan 100-dək region məktəbliləri də qatılıblar.
Olimpiadanın birinci mərhələsində iştirakçılara robotların yığılması və proqramlaşdırılması ilə bağlı təlimlər keçilib. Robotların ilkin yarışmasından sonra 12 məktəbli 6 komanda şəklində finala vəsiqə qazanıb.
Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçirilib. Hər bir komanda Qərbi Kaspi Universiteti tərəfindən verilən LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlayıb və robotunu döyüşə çıxarıb.
Olduqca maraqlı və gərgin keçən final döyüşlərindən sonra olimpiadanın ən yaxşı üçlüyü məlum olub. Qaliblərə pul mükafatı və bütün iştirakçılara hədiyyələr təqdim olunub.
Robototexnika olimpiadasının keçirilməsində məqsəd məktəblilər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın artdığı robototexnika mühəndisliyinin təbliği, şagirdlərdə bu sahəyə marağın artırılmasıdır.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti cari tədris ilindən etibarən mühəndis ixtisasları üzrə kadr hazırlığı aparır, universitetdə bu ixtisasların yüksək səviyyədə tədrisi üçün müasir laboratoriya və mərkəzlər, eyni zamanda Yüksək Texnologiyalar Parkı qurulub.
Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16