
2024-02-01 08:54:41
Universitetlərin “Times Higher Education” reytinqində iştirak EDƏCƏK
Ali təhsil müəssisələrinin “Times Higher Education” qlobal reytinqində iştirakı təmin edilib.
Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Hər il dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin siyahısını müəyyən edən “Times Higher Education World University Rankings” (THE qlobal) beynəlxalq reytinq cədvəli dərc olunur.
27 sentyabr 2023-cü il tarixində elan olunan THE qlobal reytinqindən etibarən yeni metodologiyanın tətbiqinə başlanılıb. Müvafiq dəyişikliyə əsasən ali təhsil müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqatın keyfiyyəti, beynəlmiləlləşmə göstəriciləri və sənaye) üzrə həyata keçirilir.
Ali təhsil müəssisələri hansı meyarlara əsasən reytinqə daxil edilir?
Ali təhsil müəssisələrinin THE qlobal reytinqinə daxil olması üçün qrafikdə göstərilən 7 əsas meyar müəyyən olunub. Yalnız 4, 6 və 7-ci meyarlara uyğun olan, digər meyarlara cavab verməyən ali təhsil müəssisələri qlobal reytinqə daxil edilmir və “reporter” statusu əldə edir.
Bu il THE qlobal reytinqinə Azərbaycan ali təhsil müəssisələrindən yalnız Bakı Dövlət Universiteti daxil olub.
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti isə “reporter” qismində siyahıya daxil edilib.
Qeyd edək ki, növbəti THE 2025 qlobal reytinqinin nəticələri cari ilin oktyabr ayında elan ediləcək.
Bu bölməyə aid digər xəbərlər
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirilib
2024-09-12 08:51:50
BMU-nun daha bir məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
2024-09-11 16:35:26
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb
2024-09-11 11:04:32
EY şirkəti UNEC-də tələbələr üçün təlimlər keçib
2024-09-11 10:40:39
LDU yeni tədris ilinə ürəkaçan yeniliklərlə başlayır
2024-09-11 10:22:21
ADNSU ilə TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb
2024-09-11 09:10:50
Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi
2024-09-11 09:07:46
ADNSU-da əməkdaşlıq əlaqələri ilə bağlı müzakirə keçirilib
2024-09-10 17:29:08
Kəndlərdə bu fənlər üzrə vakansiyalar BOŞDUR
2024-09-10 13:15:41
İllik təhsil haqları niyə artırılıb? - Rəsmi AÇIQLAMA
2024-09-10 08:48:06