
2024-02-02 11:30:57
Düzgün seçim gələcək inkişafımızın təminatıdır
Professor Mikayıl Məhərrəmov yazır:
Azərbaycan xalqı tarixinin taleyüklü günlərini yaşayır. Bir neçə gündən sonra-7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək və xalqımız gələcək inkişafına təminat verən layiqli namizədini seçəcək. Prezidentliyə namizədlərdən biri- adını Azərbaycanın müasir tarixinə Zəfər lideri kimi yazan İlham Əliyevin bu seçkilərdə uğur qazanacağını tam əminliklə deyə bilərəm. Prezident İlham Əliyevin son 20 ildə apardığı qətiyyətli və məqsədyönlü siyasətinin nəticələri göz qabağındadır-güclü və bütöv Azərbaycan! Bu gün Azərbaycan dünyada söz sahibi olan, iqtisadi cəhətdən inkişaf edən dövlətlərdən birinə çevrilib, Azərbaycanın regionun lider dövləti kimi iqtisadi qüdrəti təmin edilib.
Mütəxəssis alim kimi Prezident İlham Əliyev tərəfindən aparılan çoxşaxəli aqrar siyasətdən və onun uğurlu nəticələrindən söz açmaq istəyirəm. Ölkə başçısının kənd təsərrüfatının inkişafını prioritet elan etməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin etməyə, nəticədə son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı artımına, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəlməsinə şərait yaradıb.
Rəsmi statistikada bildirilir ki, son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra Qarabağda da aqrar siyasəti diqqətdə saxlamışdır. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması, texniki avadanlıqların təchizatı, və aqrar infrastrukturunun gücləndirilməsi həyata keçirilmişdir.
Kənd təsərrüfatının intensiv inkişafını təmin edən amillərdən biri də yüksək ixtisaslı mütəxəssislərin hazırlığı, peşəkar kadrların mövcudluğudur. Belə ki, keyfiyyətli məhsul istehsalını təmin edən yüksək məhsuldarlığa malik texnika və texnologiyalardan səmərəli istifadə olunması üçün ixtisaslı mütəxəssislərə ehtiyac getdikcə artır. Çalışdığım Lənkəran Dövlət Universitetində bu sahəyə xüsusi diqqət yetirilir. Bakalavriat səviyyəsi üzrə qida mühəndisliyi, şərabçılıq, aqromühəndislik, zoomühəndislik, torpaqşünaslıq və aqrokimya, aqronomluq, baytarlıq təbabəti, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, meşəçilik ixtisası üzrə mütəxəssislər hazırlanır. Hazırladığımız mütəxəssislərin peşəkarlığının zamanın tələbləri ilə üst-üstə düşməsi üçün onların praktik vərdişlərə yiyələnməsinə xüsusi diqqət yetiririk.
Bir sözlə, Azərbaycanımızın bütün sahələrdə inkişafını, sabahını aydın görürük. Çünki qarşıdakı seçkilərdə də seçimimiz İlham Əliyevdir. Xalqımız, çalışdığım LDU-nun kollektivi İlham Əliyevə inanır, ölkəmizin sabahını etibar edir və güvənir.
Mikayıl Məhərrəmov
Texnika üzrə elmlər doktoru, professor.
Bu bölməyə aid digər xəbərlər
UNEC-də yeni tədqiqat mərkəzləri yaradılıb
2024-09-12 11:37:00
"Brend tələbə"nin sorağı Çexiyadan gəldi - VİDEO
2024-09-12 10:57:00
ADNSU-da forum keçirilir
2024-09-12 10:45:50
“TələbəPlus” kartları AzMİU tələbələrinə də veriləcək
2024-09-11 12:49:16
Peşə məktəblərinə işə qəbulun nəticələri elan edilib
2024-09-10 17:47:42
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası olub
2024-09-10 17:32:09
ADNSU-da forum keçiriləcək
2024-09-10 16:23:00
Azərbaycanlı alim şəxsi kitabxanasını Qarabağ Universitetinə hədiyyə edəcək
2024-09-10 15:26:20
AzMİU müəllimlərinin bacarıqları təkmilləşdirilir
2024-09-10 14:41:24
Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm
2024-09-10 11:52:44