
2024-02-05 16:44:31
Elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə Anlaşma Memorandumu imzalanıb
Fevralın 5-də ARETN Neft və Qaz İnstitutu, Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında elmi-tədqiqat üzrə fəaliyyətlərin birgə həyata keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a məlumat verilib.
Bildirilib ki, imzalanma mərasimində iştirak edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Neft-Qaz İnstitutunun baş direktoru, akademik Fəxrəddin Qədirov prioritet istiqamət kimi birgə elmi-tədqiqat işlərinin stimullaşdırma mexanizmlərinin təkmilləşdirilməsindən, tədqiqat universitetləri və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən və bu istiqamətdə potensial əməkdaşlıq imkanlarından danışıblar.
Qeyd edək ki, ötən ay Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Hər iki memorandum “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli Fərmanının icrası ilə bağlı həyata keçirilən ardıcıl tədbirlərə aiddir.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41