Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-07 19:33:00
"Exit-poll” nəticələri - İlham Əliyev 93.9 faiz səs toplayıb

ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda növbədənkənar Prezident seçkilərinin “exit-poll” nəticələrini elan edib.

 

AzEdu.az xəbər verir ki, təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

 

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;

 

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;

 

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;

 

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;

 

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz.

 

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.3.

Qeyd edək ki, ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı “exit-poll”u yerli tərəfdaş “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” ilə birgə keçirib.