Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-07 20:34:00
Rəy” Monitorinq Mərkəzinin "exit-poll" nəticələri

“Rəy” Monitorinq Mərkəzi növbədənkənar prezident seçkilərində 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “exit-poll” keçirib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Mərkəzin direktoru Rizvan Abbasov fevralın 7-də keçirilən mətbuat konfransında bildirib.

 

 

O qeyd edib ki, “exit-poll” da mərkəzin 300-ə yaxın əməkdaşı iştirak edib.

 

“Exit-poll”un nəticələri belə olub:

 

Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 92.6 faiz;

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 0.46 faiz;

 

Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc- 0.37 faiz;

 

Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa-0.58 faiz;

 

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.11 faiz;

 

Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev- 1.16 faiz;

 

Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev-0.84.