Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-08 16:17:28
Gənc alimin yeni kitabı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin böyük elmi işçisi Gülnar Səmanın “Sözümüz sözdür-2” adlı publisistik məqalələrdən ibarət kitabı xaricdə “GlobeEdit” nəşriyyatında çap olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, Elmi şuranın qərarı ilə nəşr edilən kitabda müəllifin ədəbiyyatşünaslıq sahəsində yazdığı məqalələri yer alıb. İlk məqalələr “Heydər Əliyevin obrazı müstəqillik illərində yazılmış poemalarda”, “İlham Əliyev və Azərbaycan ədəbiyyatı” adlanır.

 

Məqalələrin bir qismi Vilayət Quliyev, Asif Rüstəmli, Gülhüseyn Hüseynoğlu, Məmməd İsmayıl, Maarif Həsənoğlu, Dəyanət Osmanlı, Elçin İsgəndərzadə, Əkbər Qoşalı kimi müəlliflərin yaradıcılığına həsr olunub. Gənc yazarlardan Aysel Xanlarqızı, Fərid Hüseyn, Səxavət Sahil, Ramil Mərzili və Ulucay Akifin kitabları haqqında məqalələr də kitabda toplanıb. Nəşrdə Yusif Nəğməkar, Əsəd Cahangir, Rəşad Məcid, Zəlimxan Yaqub, Sabir Mustafa və digər şairlərin poemaları haqqında yazılara da yer ayrılıb. Eyni zamanda, bölgə ədəbiyyatının tədqiqinə dair məqalələrlə kitabda tanış olmaq mümkündür.

 

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Elçin Mehrəliyev, rəyçiləri professor Cahangir Məmmədli və dosent Gülbəniz Babayevadır.

 

Bu kitab müəllifin 2019-cu ildə işıq üzü görmüş “Sözümüz sözdür” kitabının davamıdır.