Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-11 16:32:59
Naxçıvanda 497 nəfər magistraturaya imtahan verib

Naxçıvanda magistraturaya qəbul imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında imtahan üçün 2 bina ayrılıb.

 

İmtahanlar Naxçıvan şəhər 5 nömrəli və 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda Naxçıvan üzrə 497-i bakalavr iştirak edib. Naxçıvanda imtahanın idarə olunmasına 2 ümumi rəhbər, 6 imtahan rəhbəri, 48 nəzarətçi-müəllim cəlb olunub.