
Xəbər verdiyimiz kimi, orta məktəblərdə reproduktiv sağlamlıq haqqında (cinsi tərbiyə məsələləri) vəsait tədris olunacaq. Kitabın müəllifi
AzEdu.az-ın məlumatına görə, dərsliyin müəllifi Kamalə Aşumova Modern.az-a açıqlamasında vəsaitdə əks olunan mövzular barədə danışıb. Kamalə Aşumova dərslik mətni ilə tanışlığın hələlik mümkün olmadığını da bildirib.
“Təəssüflər olsun ki, dərslik Təhsil Nazirliyi tərəfindən təsdiq olunmayınca heç kimə mətni öncədən verə bilmərəm. Amma onu deyə bilərəm ki, dərslikdəki materialları təhsil sistemimizə uyğunlaşdırmağa çalışmışıq. Məqsədimiz odur ki, təkcə uşaqların cinsi inkişafını yox, psixoloji, emosional durumu ,fizioloji inkişafı, şəxsi gigiyenasına daha çox diqqət edilsin. Bunun üçün ayrı-ayrı mövzularla tez-tez yada salmaq şərtilə buna uşaqlara uyğunlaşdırmağı düşünürük”
Dərsliyin müəllifi bildirib ki, dərslikdə təkcə cinsi inkişafdan söhbət getmir.
“Həmçinin uşaqların böyüməsi də diqqət mərkəzindədir. Böyümək dedikdə, uşaqların həm mənəvi, həm də fizioloji dəstəklənməsindən söhbət gedir. Uşaqlar özünə qapanmaması, həmyaşıdları ilə hansı tərzdə ünsiyyət qurması yaxud da hansı tərzdə ünsiyyət qurmaması kimi məsələlər müzakirəyə çıxarılıb”.
Kamalə Aşumova uşaqların fizioloji inkişafında erkən cavanlaşma getməsinin səbəblərini də açıqlayıb.
“10 ildən çoxdur ki, bu sahədə çalışıram. Uşaqların psixologiyasına bələdəm. Heç məktəb olmasa belə uşaqların fizioloji inkişafında cavanlaşma gedir. Tibbdə keçdiyimiz yaş dövrü və həmin dövrə uyğun baş verən proseslər çox cavanlaşıb. Artıq 12 yaşında qızlarda da, oğlanlarda da fizioloji inkişaf gedir.
Buna səbəb olan faktorlar mövcuddur. Telekommunikasiya, internet şəbəkələr, sosial çarxlar uşaqlara mənfi təsir edir və vaxtından əvvəl inkişafa təkan verir. İstəyirik ki, bu cür hallar təkcə valideynlərin izahı ilə olmasın, həm də dərslik kimi diqqətə çatdırılsın”.