
2024-02-23 12:42:37
Şərqi Zəngəzur RTİ-yə direktor müavini üzrə qeydiyyat başlayır
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə qeydiyyat başlayır.
Bu barədə AzEdu.az-a Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, idarə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsinə start verilir.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 23 fevral 2024-cü il tarixindən müvafiq sənədləri idarədə yaradılmış komissiyaya təqdim etməlidirlər. Qeydiyyat prosesi 6 mart 2024-cü il tarixində başa çatacaq.
Tələb olunan sənədlər:
-şəxsiyyəti təsdiq edən sənədin surəti;
-əmək kitabçasının surəti;
-ali təhsil haqqında sənədin və əlavənin surəti;
-Tərcümeyi-hal.
Namizədlər üçün tələblər:
-pedaqoji ixtisas üzrə ali təhsil;
-3 ildən az olmayaraq pedaqoji staj (son 3 il olmaq şərtilə);
-hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyəti olan.
Müvafiq qaydada sənədlərini təqdim etmiş şəxslərin məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40