Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-23 13:03:50
İki bağçaya elektron qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki yeni istifadəyə verilmiş iki uşaq bağçasına elektron qeydiyyata start verilib.  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən 348 saylı uşaq bağçası və Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 347 saylı körpələr evi-uşaq bağçasına uşaqların qəbulu prosesi başlayıb. Həmin ərazidə yaşayan valideylər https://www.bq.edu.az qeydiyyat sistemində şəxsi kabinet yaradaraq övladlarını qeydiyyatdan keçirə və növbəyə yazıla bilərlər.

 

Qeyd edək ki, 348 saylı uşaq bağçasında 5, 347 saylı körpələr evi-uşaq bağçasında isə 7 qrupun fəaliyyətə başlaması nəzərdə tutulur.