_(1)_118.jpg)
Almaniyanın sənaye elektronikası üzrə dünyada məşhur olan “Rohde & Schwarz” şirkətinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) telekommunikasiya sahəsində seminar keçib.
AzEdu.az xəbər verir ki, tədbirdə AzTU-nun professor-müəllim heyəti, tələbələr, telekommunikasiya və peyk rabitəsi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri istirak ediblər.
Seminarda şirkətin nümayəndələri tərəfindən müxtəlif sənaye sahələri, o cümlədən kompüter və telekommunikasiya şəbəkələri, peyk rabitəsi, ölçmə və sınaq sistemlərinə aid ən son yeniliklərlə bağlı məruzələr dinlənilib, şirkətin bu istiqamətlərdə innovativ həll yolarından bəhs edilib. Daha sonra “Rohde & Schwarz” nümayəndələri müəllim və tələbələri maraqlandıran sualları cavablandırıblar.
Seminarın sonunda AzTU-nun aidiyyəti kafedralarının professor-müəllim heyəti və şirkət nümayəndələri perspektiv birgə tədqiqat imkanlarını müzakirə ediblər.