
2024-03-01 17:48:52
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Norm” ASC arasında Anlaşma Memorandumu imzalanıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Norm” ASC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə Anlaşma Memorandumu imzalanıb.
AzEdu.az xəbər verir ki, 28 fevral 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Norm” ASC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində “Norm” ASC-nin layihəsi olan Norm Ustalar Klubunun üzvlərinin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınmasını nəzərdə tutan layihələr həyata keçiriləcək.
Belə ki, Norm Ustalar Klubunun üzvü olan inşaat ustaları müəyyən edilmiş ixtisaslar və modullar üzrə qiymətləndirilmə və tanınma imtahanlarına cəlb olunacaqlar. Qiymətləndirilmə və tanınma prosesindən uğurla keçmiş ustalara TKTA tərəfindən müvafiq olaraq peşə ixtisasını təsdiq edən sənəd təqdim olunacaq.Layihənin məqsədi ustaların peşəkar inkişafına töhfə vermək, onların dayanıqlı məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq və sosial rifahının yüksəldilməsinə dəstək olmaqdır.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40