Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 15:57:17
"Kod saatı" müsabiqəsinin Füzulidə keçirilməsi qürurvericidir

"Tədbirin Heydər Əliyev Mərkəzində keçirilməsinin rəmzi mənası var. Düşünürəm ki, gələcəkdə bu gənclər bizim ölkəmizin iqtisadiyyatında böyük rol oynayacaq".

 

AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbirindəki çıxışında elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.

 

H.Həsənli bildirib ki, “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə bir neçə müddətdir başlanılıb.

 

"Məktəblərdə 400.000-dən çox şagird dövlət məktəblərində qabaqcıl bacarıqlara yiyələnirlər. Sevindirici haldır ki, bu pilot layihə artıq 50-dən çox rayon və şəhərlərdə keçirilir. Bu bilik və bacarıqları şagirdlər məktəblərdə öyrənməlidirlər.

 

Layihə çərçivəsində Elm və Təhsil Nazirliyi tərəfindən liseylər də yer alır. Burada seçimlə ən bacarıqlı şagirdlər yer alır. Nəticələri görmək üçün bir az vaxt lazımdır, amma düşünürük ki, bu gənclər gələcəkdə qazandıqları bacarıqlarla daha yaxşı təhsil alaraq özlərinə həyat quracaqlar. Bu il "kod saatı" müsabiqəsinin Füzulidə keçirilməsi böyük qürurdur. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra orada belə bir layihənin keçirilməsi böyük addımdır.

 

Bu gün buradakı 130 şagird həmin müsabiqədən keçmiş şagirddir. Onlar komandalarla işləyirlər. Gələcəyin startaplarını edəcək şagirdlər bəlkə də bu gün burada əyləşən şagirdlərdir".