
2018-10-26 11:42:00
Bakıda gələcəyin ən çox axtarılacaq kadrlarını yetişdirən uğur sinifləri – Fərqli metod, qeyri-adi ortam
Oktyabrın 25-də Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə bu il ilk dəfə “Sağlam təhsil” məktəbəhazırlıq qruplarına mediatur təşkil edilib.
Mediatur nəticəsində ilk olaraq, məktəbin direktor əvəzi Yaqut Məmmədova “Sağlam təhsil sinifləri” haqqında jurnalistlərə məlumat verib.
Y. Məmmədova bildirib ki, məktəb 2013-cü ildən “Sağlam təhsil-sağlam millət” layihəsinə qoşulub:
“Bu layihəyə qoşulan ilk 15 məktəbdən biri olub. Hazırda ibtida təhsil pilləsində 11 “Sağlam təhsil sinfi” fəaliyyət göstərir. Həmin siniflər üzrə 228 şagird var. Cari tədris ilində məktəbdə məktəbəhazırlıq qrupları da yaranıb. Bunlardan 7 qrup Azərbaycan, 2-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsində 3 qrup isə “Sağlam təhsil sinfi”dir”.
Direktor əvəzi bildirib ki, bu siniflərin yaranması valideynlərin böyük istəyi ilə olub:
“Hazırda valideynlərlə danışıq zamanı, apardığımız monitorinqlərə görə, aydın olur ki, onlar çox razıdırlar. Burada tədris prosesi müəyyən proqramlar üzrə aparılır. Müəllimlərin dərs prosesi izlənilir və onlar təlimlərə cəlb olunur. Eyni zamanda, onlara metodiki köməkliklər göstərilir. Burada fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik məsələləri əsasdır. İdraki və məntiqi təfəkkür şifahi sorğular nəticəsində yüksək səviyyədədir. Təsviri sənət sahəsində estetik bacarıq inkişaf edir”.
27 ildir, pedaqoji fəaliyyətlə məşğul olan, məktəbin ibtidai sinif müəllimi Sevinc Həşimova bildirib ki, 4 ildir, “Sağlam təhsil sinfi”ndə dərs deyir:
“Bu ildən də məktəbə hazırlıq qrupunu götürmüşəm. Sinifdə 24 şagird var. “Sağlam təhsil sinifləri” ndə əsas məqsəd odur ki, təhsil sisteminin keyfiyyəti ilə yanaşı, həm də uşaqlar fiziki cəhətdən sağlam ruhda böyüsünlər. Mənə elə gəlir ki, bu siniflərdə öz təsirini göstərir. Bu siniflərdə dərs keçmək üçün çox təlimlərdən keçdik. Həftədə iki dəfə təlimlərdə iştirak edirdik. Sertifikat əldə etdikdən sonra bizə bu layihədə işləməyə icazə verildi. Burada uşaqlar tez öyrənirlər, adaptasiya dövrü asan olur. Uşaqların bəziləri ayaqüstə, digərləri oturaq vəziyyətdədir. Belə dərs prosesi onların dərs sistemini daha rahat edir”.
Məktəbəhazırlıq qrupunda təhsil alan 5 yaşlı Atilla dərslərin çox maraqlı keçdiyini deyir:
“Burada hərflər öyrənirəm. Artıq “A” hərfini yaza bilirəm”.
Balaca Nuray da dərslərin maraqlı olduğunu bildirdi:
“Salamlaşmağı, meyvələrin adını, hərfləri öyrənirəm. “A”, “N”, “Ə” hərflərini öyrənmişəm. Müəllimdən xoşum gəlir. Dərsləri evdə öyrənib, məktəbə gəlirəm”.
Ayan isə bura da Azərbaycanı öyrəndiyini deyir:
“”Ə”, “A” hərflərini öyrənmişəm. Evdə dərsləri öyrənirəm, məktəbə gəlirəm. Həftədə 4 dəfə bura gəlirəm”.
Məktəbin psixoloqu Banu Məmmədova bildirib ki, bu siniflərdə şagirdlər ənənəvilərə nisbətən daha aktivdirlər:
“Ənənəvi siniflərlə müqayisədə burada şagirdlərin məktəbə adaptasiyası çox rahat olur. Siniflərin tərtibatı, uşaqların əyani vəsaitlərdən istifadəsi bu prosesdə rahatlıq yaradır. İldə iki dəfə monitorinqlər keçirilir. Müqayisədə görürük ki, uşaqların təfəkkürü, diqqətdə ənənəvi siniflərdən daha aktivdirlər. Bu layihənin davam etməsi çox gözəldir. Burada uşaqların psixoloji yoxlanılması müəyyən istiqamətlərdə aparılır. Daha çox psixoloji məsləhətlərə üstünlük verilir. Mən isə işimi daha çox psixo-diaqnostika sahəsində aparıram”.
Bu bölməyə aid digər xəbərlər
Bu kollecin rəhbəri işdən ÇIXARILDI
2024-03-11 14:19:00
RFO-nun yarımfinal turunda ən yaxşı nəticə göstərən kənd məktəblərinin adları AÇIQLANIB
2024-03-07 10:05:46
Məktəblərdə bir ilk: “Məktəbli könüllü” proqramı
2024-01-30 12:13:59
Təhsil proqramları ictimai müzakirəyə çıxarılıb
2023-12-23 09:06:00
Laçın rayonu Zabux kənd tam orta məktəbindən GÖRÜNTÜLƏR
2023-12-13 17:05:38
Naxçıvanda sahibkarların iştirakı ilə infotur təşkil olunub
2023-12-11 21:29:44
Direktor müavinlərinin işə qəbulu üzrə müsahibələrin vaxtı açıqlanıb
2023-12-08 15:59:15
“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun təlimləri keçirilib
2023-12-07 14:41:02
“Məktəbli könüllü” proqramına start verilir
2023-12-01 15:14:00
“StudentFest 2023” tələbə düşərgəsi sona çatıb
2023-08-16 12:02:12