Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 12:42:00
BDU doktorantlara “ikili diplom” verəcək

Oktyabrın 26-da Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Martin Lüter Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

AzEdu.az xəbər verir ki, sənəddə beynəlxalq doktorantura tədrisinin inkişaf etdirilməsi, eləcə də araşdırma və tədrisin beynəlmiləlləşdirilməsi məqsədilə hüquqşünaslıq sahəsində mövcud əlaqələrin genişləndirilməsi nəzərdə tutulur. Tərəflər hüquqşünaslıq sahəsi üzrə birgə elmi tədqiqatların aparılması ilə bağlı razılığa gəliblər.

Sənədi BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Martin Lüter Universitetinin rektoru Kristin Tite imzalayıblar.