Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 15:32:00
Jurnalist rektorun köməkçisi təyin olundu

Bakı Avrasiya Universitetində kadr dəyişikliyi olub.

AzEdu.az-ın məlumatına görə, 2012-ci ildən sözügedən universitetin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri vəzifəsini aparan, tanınmış jurnalist Şəfayət Avılbəyli  rektorun köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Şəfayət Avılbəyli uzun müddət müxtəlif media orqanlarında və informasiya agentliklərində  redaktor,baş redaktor vəzifələrində çalışıb. 2003-cü ildən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibidir.

Bakı Avrasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə isə Eyvazov İqrar müəyyən olunub.