
Hər hadisə bir tarixlə xatırlanır. Əsasən əhəmiyyətli hadisələrin tarixləri isə yaddaşlardan silinmir.
AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır.
14 mart tarixi nə ilə yadda qalıb?
14 mart 1879-cu ildə dünyaşöhrətli fizik, nisbilik nəzəriyyəsinin banisi, Nobel mükafatçısı Albert Eynşteyn Almaniyada anadan olub:
təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. Doqquz yaşına qədər danışa bilməyən Albert əvvəlcə dərslərdə çox geridə qalsa da 9-10-cu siniflərdə bütün həmyaşıdlarını qabaqlayır. 1896-cı ildə İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirib.
təhsilini Münhendəki Luitpold Gimnaziyasında alıb. Doqquz yaşına qədər danışa bilməyən Albert əvvəlcə dərslərdə çox geridə qalsa da 9-10-cu siniflərdə bütün həmyaşıdlarını qabaqlayır. 1896-cı ildə İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirib.
14 mart 1880-ci ildə Azərbaycan publisistikasının görkəmli nümayəndəsi və şair Əliqulu Qəmküsar dünyaya gəlib:
20-ci əsrin əvvəllərində (1910) Cəlil Məmmədquluzadə ilə birlikdə “Molla Nəsrəddin” jurnalının redaktoru olan Qəmküsar felyeton və məqalələrində Rusiyanın müstəmləkə siyasəti, fanatizm və qadın hüquqsuzluğunu kəskin tənqid edib.
Əliqulu Qəmküsar 1916-cı ildə “Ölülər” komediyasının Bakıda tamaşaya qoyulmasının fəal iştirakçılarından biri və Şeyx Nəsrullah rolunun ilk ifaçısı olub. (1880-1919
1919-ci ilin 14 martından bu günə qədər isə məktəbin yubileyi Türkiyədə Tibb Bayramı olaraq qeyd edilir:
14 mart 1827-ci ildə Osmanlı Sultanı II Mahmud dövründə Türkiyə tarixində ilk tibb fakültəsi – “Mektebi-Tıbbiyeyi-Şahane” yaradıldı.
1843-cü ildə ilk buraxılışını edən məktəbin 4 məzunu 1848-ci ildə Avstriyanın paytaxtı Vyanada keçirilən tibb kafilik imtahanını keçdikdən sonra “Mektebi-Tıbbiyeyi-Şahane” Avropadakı tibb fakültələrinə bərabər sayılmağa başladı. Bu günə qədər isə məktəbin yubileyi Türkiyədə Tibb Bayramı olaraq qeyd edilir.
1996-cı ilin 14 mart tarixində Azərbaycan ilə Seneqal arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb:
28 sentyabr 2018-ci il tarixində AR xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Seneqal Respublikasının Xarici İşlər və Xaricdə yaşayan Seneqallılarla iş üzrə naziri Sidiki Kaba ilə görüşüb.