Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 17:29:00
UNEC-in rektoru:1300-dək tələbə kadr kimi hazırlanır

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzində təhsil alan 1300-dək tələbə iqtisad elminin müxtəlif sahələri üzrə kadr kimi hazırlanır. Burada magistr hazırlığına demək olar ki, universitetin bütün kafedraları cəlb olunub. Dərslər təcrübəli professor və dosentlər, həmçinin ayrı-ayrı nazirlik, komitə, özəl müəssisə və təşkilatların respublikada tanınmış, ən nüfuzlu, aparıcı mütəxəssisləri tərəfindən aparılır.

AzEdu.az xəbər verir ki, bu barədə UNEC-in rektoru, professor Ədalət Muradov Magistratura Mərkəzinə qəbul olan I kurs tələbələri ilə görüşündə danışıb.

Rektor qeyd edib ki, UNEC-də iqtisadiyyat və idarəetmə ixtisasları ilə yanaşı, texniki ixtisaslar üzrə də kadr hazırlığı həyata keçirilir. Bu ixtisas istiqamətlərinə dair beynəlxalq əməkdaşlığın genişləndirilməsi daim diqqətdə saxlanılır. UNEC-də texniki ixtisaslar üzrə təhsil alan tələbələr üçün ikili diplom proqramlarının hazırlanması prioritet məsələdir.