Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-19 10:45:22
UNEC-in 2 saylı tədris binasında Novruz şənliyi keçirilib

UNEC-in 2 saylı tədris binasında Novruz şənliyi keçirilib.

 

AzEdu.az xəbər verir ki, bayram şənliyində çıxış edən tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova bolluq, bərəkət və xeyirxahlığın təcəssümü olan Novruz bayramı münasibətilə UNEC-in müəllim, tələbə və əməkdaşlarını təbrik edərək, bayramın xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb.

 

Sonra möhtəşəm bayram tonqalı alovlandırılıb. Tələbələr və müəllimlər bayram tonqalının ətrafında yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl bir-birindən maraqlı çıxışları, bayram əhval-ruhiyyəli səhnəcikləri ilə şənliyə xüsusi rəng qatıblar.

 

Novruz şənliyi Yaradıcılıq Mərkəzinin üzvlərinin iştirakı ilə baharı, Azərbaycanı tərənnüm edən mahnılarla davam edib.